Rusiya ilə Özbəkistan arasında ticarət dövriyyəsi kəskin artdı

15:25 30 İyul 2026

2026-cı ilin ilk altı ayında Rusiya ilə Özbəkistan arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 15,7% artaraq 7 milyard dollara çatıb.

Sitat.info xəbər verir ki, bu barədə Rusiyanın Özbəkistandakı Ticarət Nümayəndəliyi məlumat yayıb. Bildirilib ki, Özbəkistanın Rusiyaya ixracı 15,5% artaraq 2,37 milyard dollar, Rusiyadan idxalı isə 15,9% yüksələrək 4,64 milyard dollar olub.

Statistikaya əsasən, Rusiya Çindən sonra Özbəkistanın ikinci ən böyük ticarət tərəfdaşı olaraq qalır və ölkənin ümumi xarici ticarət dövriyyəsinin 17,1%-ni təşkil edir.

Məlumata görə, ticarət əlaqələrinin genişlənməsi maşınqayırma, kimya, energetika, qida sənayesi və birgə investisiya layihələri üzrə əməkdaşlıq imkanlarını da artırır.

Səid,

Sitat.info



Xəbər xətti