Konqoda Ebola qurbanlarının sayı 1 500-ü keçdi

15:37 30 İyul 2026

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı son sutkada daha 34 nəfər artaraq 1 521-ə çatıb.

Sitat.info xəbər verir ki, ölkənin Rabitə və Media Nazirliyinin məlumatına görə, təsdiqlənmiş yoluxma sayı 82 nəfər artaraq 3 442 olub. Hazırda ölüm göstəricisi 44,2 faiz təşkil edir.

Ebola epidemiyası mayın 15-də Konqo Demokratik Respublikasının şərqində və Uqandada başlayıb. Xəstəliyin əsas ocağı Konqonun İturi əyalətidir. Uqanda isə iyulun 28-də ölkədə Ebola epidemiyasının başa çatdığını elan edib.

Aytac,

Sitat.info



Xəbər xətti