Yaxın Şərqdəki vasitəçi ölkələr ABŞ və İran arasında son hava zərbələrindən sonra yaranan gərginlik fonunda atəşkəs danışıqlarının yenidən başlamasına nail olmağa çalışırlar.
Sitat.info xəbər verir ki, bu barədə Associated Press (AP) mənbələrə istinadən məlumat yayıb.
Gərginlik İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) İordaniyada yerləşən ABŞ hərbi bazasına və ABŞ Mərkəzi Komandanlığının qərargahına ballistik raketlərlə hücum etdiyini açıqlamasından sonra artıb.
Buna cavab olaraq ABŞ Prezidenti Donald Tramp İrana qarşı güclü zərbələr endiriləcəyini bildirib. ABŞ Mərkəzi Komandanlığı isə SEPAH-a məxsus onlarla obyektin, o cümlədən komanda məntəqələrinin vurulduğunu açıqlayıb.
Bununla belə, The Wall Street Journal-ın məlumatına görə, ABŞ zərbələri İranla genişmiqyaslı hərbi əməliyyatların yenidən başladığı anlamına gəlmir.
Aytac,
Sitat.info