15 yaşlı yeniyetməyə 100 il həbs cəzası verildi

09:51 31 İyul 2026

ABŞ-ın İndiana ştatında 2025-ci ildə baş vermiş və bir qadının ölümü ilə nəticələnən cinayətkar qruplaşma ilə əlaqəli silahlı hücumda təqsirli bilinən 15 yaşlı Co'Majze Larri 100 il həbs cəzasına məhkum edilib.

Sitat.info xəbər verir ki, məhkəmə onun Dayla Sveynin qətlinə görə 50 il, cinayətkar dəstə üzvü olduğuna görə isə əlavə 50 il olmaqla ümumilikdə 100 il həbs cəzası almasına qərar verib.

İstintaqa görə, təqsirləndirilən şəxslər başqa bir cinayətin şahidini hədəf alsalar da, atəş nəticəsində təsadüfən hadisə yerində olan Dayla Sveyn öldürülüb.

İndiana qanunvericiliyinə əsasən, cinayət törədilən vaxt 18 yaşından kiçik olan Larri cəzasının ən azı 20 ilini çəkdikdən sonra hökmə yenidən baxılması üçün məhkəməyə müraciət edə bilər.

Aytac,

Sitat.info



Xəbər xətti