Rusiyadan atılan raket Polşaya düşdü

10:15 31 İyul 2026

Rusiyanın Ukraynaya gecə hücumları zamanı Polşa hava məkanına naməlum obyekt daxil olub və daha sonra Ukrayna sərhədindən təxminən 75 kilometr aralıda yerləşən Tarnava-Koloniya kəndinə düşüb.

Sitat.info-nun xarici mediaya istinadən məlumatına görə, Polşanın Baş naziri Donald Tusk bildirib ki, hərbi ekspertlərin ilkin qiymətləndirməsinə əsasən, tapılan qalıqlar Rusiya istehsalı olan X-101 qanadlı raketinə aiddir. Partlayış nəticəsində təxminən 10 metr diametrində və 5 metrdən çox dərinlikdə krater yaranıb.

Hadisə zamanı ölən və ya xəsarət alan olmayıb. Tusk vurğulayıb ki, hazırkı mərhələdə Polşanın və ya NATO-nun məqsədli şəkildə hədəf alındığını demək üçün əsas yoxdur. O qeyd edib ki, iki obyekt Polşa sərhədi yaxınlığında müşahidə olunub, onlardan birinin ölkənin hava məkanına daxil olduğu təsdiqlənib.

Nigar,

Sitat.info



Xəbər xətti