Ucarda ağır qəza: 2 nəfər öldü, 2 nəfər yaralandı

10:54 31 İyul 2026

Ucarda yol-nəqliyyat hadisəsi olub, ölən və xəsarət alanlar var.

Hadisə Bakı-Qazax magistralının rayonun Qarabörk kəndindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan yük avtomobili ilə minik avtomobili toqquşub. Toqquşmadan sonra idarəetmədən çıxan avtomobillər yol kənarında dayanmış 2 piyadanı vurub.

İlkin məlumata görə, 1 piyada və 1 sərnişin hadisə yerində ölüb. Digər piyada və minik avtomobilində olan sərnişin ağır xəsarət alaraq xəstəxanaya aparılıb./Sfera.az



Xəbər xətti