Tramp Uitkoff və Kuşneri Ukraynaya göndərir

11:39 31 İyul 2026

Trampın xüsusi nümayəndəsi və Kuşner yaxın günlərdə Ukraynaya səfər edəcək

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və biznesmen Cared Kuşner yaxın günlərdə Ukraynaya səfər edəcəklər.

Sitat.info xəbər verir ki, bu barədə “Financial Times” qəzeti Trampın müsahibəsinə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ lideri diqqəti əsasən Rusiya–Ukrayna münaqişəsinin başa çatdırılmasına yönəldib. Tramp qeyd edib ki, Vaşinqtonun məqsədi müharibəyə son qoymaq və sülhə nail olmaqdır.

“Sadə şəkildə desək, biz Rusiyanın Ukraynada apardığı müharibənin başa çatmasını istəyirik. Mən raket axtarmıram. Biz sülh istəyirik”, – deyə Tramp bildirib.

Qeyd olunur ki, bu, Stiv Uitkoff və Cared Kuşnerin Ukraynaya ilk səfəri olacaq. Səfərin detalları və Kiyevdə keçiriləcək görüşlərin gündəliyi barədə əlavə məlumat verilməyib.

Aytac,

Sitat.info 



Xəbər xətti