Pakistanda kömür mədənində faciə: Ölənlərin sayı artdı

11:58 31 İyul 2026

Bu gün səhər saatlarında Pakistanın Bəluçistan əyalətində kömür mədəninin çökməsi nəticəsində həyatını itirənlərin sayı 34 nəfərə çatıb.

Sitat.info xəbər verir ki, bununla bağlı, Geo telekanalı məlumat yayıb.
Məlumata görə, dağıntılar altından daha altı cəsəd çıxarıldıqdan sonra ölənlərin sayı 34-ə yüksəlib. Xilasedicilər axtarış-xilasetmə işlərini fasiləsiz davam etdirirlər.
Mədən sahibinin sözlərinə görə, hadisəyə metan qazının partlaması səbəb ola bilər.
Faciə baş verən zaman yeraltı şaxtada 42 fəhlə olub. Hazırda dağıntılar altında qalan digər şaxtaçıların xilas edilməsi istiqamətində əməliyyat davam edir.
Səid,

Sitat.info



Xəbər xətti