İspaniyanın Daxili İşlər Nazirliyi bildirib ki, son 24 saat ərzində təxminən 49 min miqrant Mərakeşdən Şimali Afrikada yerləşən İspaniyaya məxsus Seuta anklavına keçib.
Sitat.info xəbər verir ki, nazirliyin ilkin hesablamalarına görə, miqrantlar Mərakeşdən həm dəniz, həm də quru yolu ilə Seutaya daxil olublar.
Məlumata əsasən, bu, son illərdə Seutada qeydə alınan ən böyük kütləvi miqrasiya dalğalarından biridir. Hadisə fonunda İspaniya hakimiyyəti sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirib və vəziyyəti nəzarətdə saxlamaq üçün əlavə qüvvələr cəlb edib.
Nigar,
Sitat.info