Son 24 saat ərzində Mərakeşdən İspaniyanın Şimali Afrikadakı Seuta muxtar şəhərinə 49 min miqrant daxil olub.
Sitat.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İspaniyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sərhəddə İspaniya ərazisinə daxil olmağa cəhd edən miqrantlarla hüquq-mühafizə qüvvələri arasında toqquşmalar baş verib.
Seutaya keçməyə çalışarkən ən azı 19 nəfərin həlak olduğu qeyd edilib.
Son məlumatlara görə, İspaniya ərazisinə daxil olmuş miqrantların bir qismi eyni yolla geriyə, Mərakeşə qayıdıblar.
Qeyd edək ki, rəsmi olaraq Seuta anklavının 83 600 nəfər sakini var. Miqrantların bu şəhərdə qalması əhalinin 50% artmasına səbəb ola bilər./Qafqazinfo


