SEPAH Hörmüz boğazında iki tankeri vurdu

14:17 31 İyul 2026

Bu gün səhər saatlarında İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında qanun pozduğu iddia edilən iki neft tankerinin vurularaq saxlanıldığını açıqlayıb.

Sitat.info-nun xarici mediaya istinadən məlumatına görə, SEPAH-ın yaydığı bəyanatda bildirilir ki, “ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) təhriklərinin təsiri altında olan iki tanker xəbərdarlıqlara baxmayaraq, təhlükəli marşrutdan istifadə edərək Hörmüz boğazından keçməyə cəhd edib”.

Bəyanata görə, həmin iki tanker hədəfə alınıb, daha dörd tanker isə marşrutunu dəyişərək geri qayıdıb.

SEPAH, habelə, bildirib ki, Hörmüz boğazı üzərində tam nəzarəti və bölgədə təhlükəsizlik tədbirlərini gücləndirməyi davam etdirəcək.

Səid,

Sitat.info



Xəbər xətti