İranda zəlzələ olub 

15:08 31 İyul 2026

Bu gün İranın Semnan əyalətinin Dibac şəhərində Rixter cədvəli üzrə 4,6 bal gücündə zəlzələ baş verib.

Sitat.info xəbər verir ki, zəlzələ saat 12:58-də qeydə alınıb. Yeraltı təkanların ocağı 8 kilometr dərinlikdə yerləşib.

Hələlik təbiət hadisəsi nəticəsində dağıntılar və ya insan itkisinin olub-olmaması bəlli deyil.

Qeyd edək ki, dünən də Semnan əyalətlərinin Əmiriyyə bölgəsində 4,5 bal gücündə zəlzələ baş vermişdi.

Səid,

Sitat.info



Xəbər xətti