Misirin təhlükəsizliyi Tehran üçün böyük əhəmiyyət daşıyır - Abbas Əraqçi

15:35 31 İyul 2026

Misirin Dimyat limanına pilotsuz uçuş aparatı (PUA) ilə hücumdan sonra İran Misirin təhlükəsizliyinin Tehran üçün xüsusi əhəmiyyət kəsb etdiyini bəyan edib.

Sitat.info xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi sosial media hesabında paylaşdığı açıqlamada Misiri regionda mühüm dost və tərəfdaş adlandırıb. O bildirib ki, Qahirənin təhlükəsizliyi İran üçün ən yüksək səviyyədə önəm daşıyır.

Əraqçi həmçinin İsrailin regiondakı addımlarına toxunaraq, regional sabitliyi hədəf alan təxribat və "saxta bayraq" əməliyyatlarına qarşı ayıq olmağa çağırıb.

Nazir vurğulayıb ki, regiondakı təhlükə bütün ölkələr üçün ortaqdır və müsəlman ölkələrinin həmrəyliyindən çəkinən qüvvələr mövcuddur.

Qeyd edək ki, Misir hökuməti ötən gün Dimyat limanında iki gəmidə baş verən yanğının PUA hücumu nəticəsində yarandığını açıqlamışdı.

Aytac,

Sitat.info



Xəbər xətti