Pakistanın Broad Peak zirvəsində baş verən qar uçqunu nəticəsində nepallı tanınmış alpinist Nirmal Purjanın rəhbərlik etdiyi 10 nəfərlik beynəlxalq alpinist qrupundan xəbər alınmır.
Sitat.info xəbər verir ki, Pakistan Alpinizm Klubunun məlumatına görə, ABŞ, Çin, Oman və Nepal vətəndaşlarından ibarət qrupun axtarışı üçün hökumətlə birgə bütün imkanlar səfərbər edilib.
Qeyd edək ki, Nirmal Purja bu ay Pakistanın "Gasherbrum II" zirvəsinə əlavə oksigen istifadə etmədən qalxaraq 8 min metrdən yüksək zirvələrə 57-ci uğurlu çıxışını reallaşdırmışdı.
Nigar,
Sitat.info