İspaniyanın Seuta şəhərinə 60 minə yaxın miqrant daxil olub

16:59 31 İyul 2026

İspaniyanın Şimali Afrikadakı muxtar şəhəri Seutaya qanunsuz yolla təxminən 60 min miqrantın daxil olduğu açıqlanıb.

Sitat.info-nun xarici mediaya istinadən məlumatına görə, Şəhərin meri Xuan Xesus Vivas bildirib ki, bu rəqəm Seuta əhalisinin təxminən 70 faizinə bərabərdir.

İspaniya mediasının məlumatına görə, minlərlə miqrant Mərakeşdən üzərək Seutaya keçib, digərləri isə sərhədi piyada aşıb. Miqrasiya böhranı ilə əlaqədar İspaniya hökuməti şəhərdə təhlükəsizliyin təmin edilməsi üçün əlavə hərbi qüvvələr yerləşdirib.

Aytac,

Sitat.info



Xəbər xətti