Rusiya Kiyevi raketlərlə vurdu: ölənlər var

09:14 1 Avqust 2026

Rusiyanın avqustun 1-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə endirdiyi raket zərbələri nəticəsində azı 3 nəfər həlak olub.

Sitat.info xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində yaşayış binasının bir hissəsi çöküb və dağıntılar altında qalan insanların olduğu bildirilir. Hadisə yerinə cəlb olunan xilasedicilər axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.

Kiyev meri Vitali Kliçko bildirib ki, zərbə nəticəsində yaşayış binasının birinci və ikinci mərtəbələri qismən çöküb. Bundan başqa, bir neçə anbar binasında yanğın baş verib.

İlkin məlumata əsasən, ən azı 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Şahidlərin sözlərinə görə, şəhərdə ard-arda ondan çox güclü partlayış səsi eşidilib.

Qeyd edək ki, son aylarda Rusiya Kiyevə hücumlarını intensivləşdirib. Ukrayna isə səsdən bir neçə dəfə sürətlə hərəkət edən ballistik raketlərin qarşısını almaq üçün kifayət qədər hava hücumundan müdafiə sistemlərinin çatışmazlığını yaşayır.

Aytac

Sitat.info



Xəbər xətti