ABŞ Ukrayna mövzusunda yalnız öz maraqlarını güdür - Rus diplomat

09:30 1 Avqust 2026

ABŞ Ukraynadakı münaqişənin nizamlanması prosesində yalnız öz geosiyasi maraqlarını rəhbər tutur.

Sitat.info xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik deyib.

Diplomatın sözlərinə görə, Vaşinqton nizamlanma prosesində yalnız öz imkanları və maraqları çərçivəsində iştirak edir.

"ABŞ bu prosesdə öz üstünlüyünü, hegemonluğunu və qəbul ediləcək qərarların həyata keçirilməsinə təsir imkanlarını qorumağa çalışır", – deyə Miroşnik bildirib.

O, həmçinin ABŞ Prezidenti Donald Trampın dəfələrlə səkkiz münaqişəyə son qoyduğunu bəyan etdiyini xatırladıb.

"Bəzi münaqişələr həqiqətən başa çatdı, lakin yenidən alovlansalar, onları yenidən saymaq olar. ABŞ hakimiyyəti bundan narahat deyil. Əksinə, proses TikTok üslubunda inkişaf edir – amerikalıların iştirak etdiyi qısa epizodlar bir-birini əvəz edir, hər biri isə ABŞ-a qazanc gətirir və onun hegemonluğunu möhkəmləndirir", – deyə rusiyalı diplomat vurğulayıb.

Nigar,

Sitat.info



Xəbər xətti