Dünən ABŞ prezidenti Donald Tramp təyyarədə jurnalistlərə verdiyi açıqlamada Səudiyyə Ərəbistanı rəhbərliyi ilə İran məsələsini müzakirə etdiyini bildirib.
Sitat.info Trampın sözlərinə görə, o, Səudiyyə kralı və vəliəhd şahzadəsindən ABŞ-nin İranla bağlı hansı addımı atmasını istədiklərini soruşub.
Prezident bildirib ki, Səudiyyə rəsmiləri İrana qarşı hərbi hücumdan daha çox razılaşma əldə olunmasına üstünlük verdiklərini deyiblər.
Tramp əlavə edib ki, hərbi əməliyyatların necə nəticələnəcəyini əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil.
“Onların buna üstünlük verməsinin səbəbi odur ki, belə hücumların harada bitəcəyini heç vaxt bilmirsiniz. Bu, ölkələrdə böyük humanitar böhranlara, qaçqın axınına və digər ağır nəticələrə səbəb ola bilər. Çox pis hadisələr baş verə bilər”, – deyə ABŞ prezidenti vurğulayıb.
Nigar,
Sitat.info