Əhmədlidə torpaq uçqunu - Maşınlara zərər dəydi - Video

12:32 3 Avqust 2026

Paytaxtın Xətai rayonu Əhmədli qəsəbəsində torpaq uçqunu olub.

Sitat.info  xəbər verir ki, hadisə Gəncə prospektində yeni tikilmiş binalardan birinin yaxınlığında baş verib.

Təpəlik ərazidən uçan torpaq qatı orada park edilmiş avtomobillərin üzərinə düşüb. Nəticədə, bir neçə maşına zərər dəyib.

Xatırladaq ki, bu ərazidə daha əvvəl də oxşar hadisələr qeydə alınıb.

Hadisə yerindən görüntüləri təqdim edirik:



Xəbər xətti