Krımda rus əsgər 8 nəfəri güllələdi: 4 ölü, 4 yaralı

11:13 4 Avqust 2026

Sevastopol yaxınlığında rusiyalı hərbçi öz döyüş yoldaşlarına atəş açıb.

Sitat.info xəbər verir ki, bunu Sevastopol qubernatoru Mixail Razvojayev deyib.

“O, əvvəlcə xidmət yoldaşlarını atışə tutub, sonra isə mülki şəxslərə qarşı hücum törədib. Hücum nəticəsində bir əsgər və üç mülki şəxs öldürülüb. Daha bir əsgər və 3 mülki şəxs isə yaralanıb”, - o bildirib.

Onun sözlərinə görə, şübhəli artıq saxlanılıb./Axar.az



Xəbər xətti