Pensiya ilə bağlı rəsmi məlumat

11:01 4 Avqust 2026

Bu ilin iyul ayında Azərbaycanda xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 151 607 nəfər olub.

Sitat.info xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.

Məlumata görə, onların 115 615 nəfəri yaşa, 13 141 nəfəri əlilliyə, 22 851 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.



Xəbər xətti