Netanyahudan Trampa etiraz: HƏMAS ilə razılaşmadan narazıdır...

11:23 4 Avqust 2026

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla Qəzza zolağı üzrə Sülh Şurasının təqdim etdiyi plan və HƏMAS-la əldə olunan son razılaşma ilə bağlı fikir ayrılıqlarının olduğunu təsdiqləyib.

Sitat.info-nun xarici mediaya istinadən məlumatına görə, Netanyahu bildirib ki, HƏMAS tam tərksilah edilmədən və Qəzza zolağı demilitarizasiya olunmadan bu Fələstin anklavının bərpası mərhələsinə keçmək mümkün deyil.

"Prezident Trampla son HƏMAS razılaşması ilə bağlı gizlətmədiyim fikir ayrılıqları var. Qəzzanın yenidən qurulması mərhələsinə keçməzdən əvvəl HƏMAS silahsızlaşdırılmalı, Qəzza zolağı isə hərbsizləşdirilməlidir", – deyə Netanyahu bildirib.

İsrailin baş naziri bu açıqlamaları Sülh Şurasının baş nümayəndəsi Nikolay Mladenovla keçirdiyi görüşdən sonra verib.

Nigar,

Sitat.info 



Xəbər xətti