İraqla münasibətlər hazırda ən yüksək səviyyədədir - Abbas Əraqçi

12:07 4 Avqust 2026

"İraqla münasibətlər hazırda ən yüksək səviyyədədir". Bu bəyanatı İranın xarici işlər naziri Abbas Əraqçi bazar ertəsi gecə İraqın Nəcəf şəhərində səsləndirib.

Sitat.info IRNA -ya istinadən xəbər verir ki, Əraqçi ikitərəfli münasibətlər barədə danışıb: “Xoşbəxtlikdən, İraq hökuməti ilə münasibətlərimiz hazırda ən yüksək səviyyədədir.”

O əlavə edib ki, İraqın baş nazirinin bu yaxınlarda Tehrana etdiyi səfər zamanı çox səmərəli müzakirələr aparılıb.

Əraqçinin sözlərinə görə, İran və İraq arasında əməkdaşlıq siyasi sahədə ortaq məsələlər üzrə vahid mövqeləri, eləcə də iqtisadi və təhlükəsizlik istiqamətlərini əhatə edir.

Aytac,

Sitat.info



Xəbər xətti