Qəzzada İsrail hücumunda ölənlərin sayı 73 min 377-yə çatdı

14:04 4 Avqust 2026

İsrail ordusunun 2023-cü ilin oktyabrından bəri Qəzza zolağına həyata keçirdiyi hücumlar nəticəsində həlak olanların sayı 73 min 377-yə, yaralananların sayı isə 174 min 230-a yüksəlib.

Sitat.info xəbər  verir ki, Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, son 48 saat ərzində İsrailin hücumları nəticəsində 2 nəfər ölüb, 19 nəfər yaralanıb.

Bildirilib ki, 10 oktyabr 2025-ci ildə qüvvəyə minən atəşkəsdən sonra İsrailin hücumları nəticəsində 1252 nəfər həyatını itirib, 4 min 120 nəfər yaralanıb. Dağıntılar altından isə indiyədək 804 nəfərin meyiti çıxarılıb.

Nazirlik həmçinin vurğulayıb ki, Qəzza zolağında dağıntılar altında hələ də minlərlə insanın cəsədinin qaldığı ehtimal edilir. 

Aytac,

Sitat.info



Xəbər xətti