Rusiyanın Qara dəniz sahilində yerləşən Gelencik kurort şəhərində çimərliyə pilotsuz uçuş aparatının (PUA) düşməsi nəticəsində 3-ü uşaq olmaqla 7 nəfər həlak olub, 40 nəfər yaralanıb.
Sitat.info xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə PUA-nın izdihamlı çimərliyə düşdükdən sonra güclü partlayış baş verdiyi, insanların panika içində ərazidən qaçdığı əks olunub.
Hadisənin hava hücumundan müdafiə sisteminin müdaxiləsi nəticəsində, yoxsa birbaşa zərbə səbəbindən baş verdiyi hələlik məlum deyil.
Rusiya hadisəyə görə Ukraynanı ittiham edib. Ukrayna isə bu iddianı rədd edərək, PUA-nın Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən çimərlik üzərində vurulduğunu və faciəyə məhz bunun səbəb olduğunu bildirib. Hər iki tərəfin açıqlamalarını müstəqil mənbələr hələlik təsdiqləməyib.
Aytac,
Sitat.info