İran Prezidenti Məsud Pezeşkian son günlər onun istefa verəcəyi ilə bağlı yayılan iddiaları təkzib edərək, vəzifəsini davam etdirəcəyini bildirib.
Sitat.info xəbər verir ki, Pezeşkian istefa xəbərlərinə münasibət bildirərkən bunları eyib: "Əgər istefa versəm, bunu açıq şəkildə elan edərəm. İstefa etməyəcəyəm, mübarizə aparacağam."
O, həmçinin Müctəba Xamenei ilə Silahlı Qüvvələrlə arasında fikir ayrılığı olduğu barədə yayılan iddiaların da həqiqəti əks etdirmədiyini bildirib. Pezeşkian Silahlı Qüvvələrlə tam koordinasiya şəraitində çalışdıqlarını vurğulayıb.
İran Prezidenti qeyd edib ki, hər hansı fikir ayrılığı yaranacağı halda Silahlı Qüvvələrin onun deyil, Xameneinin tərəfində olacağını hər kəs bilir.
Pezeşkian bəzi dairələrin İran dini lideri ilə prezident arasında böhran görüntüsü yaratmağa çalışdığını desə də, bu iddiaların əsassız olduğunu bildirib.
Qeyd edək ki, bundan əvvəl İran rejiminə müxalif bəzi media orqanlarında Pezeşkianın bir neçə dəfə Müctəba Xameneiyə istefa ərizəsi təqdim etdiyi barədə iddialar yayılmışdı.
Səid,
Sitat.info