Məmmədli dairəsində güclü yanğın - Video

08:18 5 Avqust 2026

Abşeron rayonunun Məmmədli dairəsi ərazisində yerləşən obyektlərdə güclü yanğın başlayıb.

Sitat.info  Oxu.Az-a istinadən xəbər verir ki, alov qısa müddətdə geniş əraziyə yayılıb.

Hadisə şahidinin sözlərinə görə, yanan tikilidə müxtəlif təyinatlı, o cümlədən yem satışı və avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olan obyektlər fəaliyyət göstərir.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, yanğın genişlənməsinə imkan verilmədən FHN-in qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.



Xəbər xətti