Şimali Koreyanın raket bölmələri Rusiyaya göndərilir – Ukrayna kəşfiyyatı

10:33 5 Avqust 2026

Ukrayna hərbi kəşfiyyatının məlumatına görə, Şimali Koreyanın raket bölməsi Rusiyanın Voronej vilayətinə yerləşdirilməyə başlayıb. Bölmənin 120 ballistik raket və altı buraxılış qurğusu ilə təchiz edilərək Ukraynaya qarşı istifadə oluna biləcəyi bildirilir.

Sitat.info Reuters-ə istinadən məlumata verir ki, artıq Rusiyaya 40 ədəd KN-23 və KN-24 raketi göndərilib. Şimali Koreya hərbçilərinin Rusiya raket əməliyyatlarında hansı rolu oynayacağı isə hələ dəqiqləşməyib.

Ukrayna tərəfi hesab edir ki, ballistik raketlərin sayının artması, xüsusilə qış aylarında enerji infrastrukturuna mümkün hücumlar fonunda ölkənin hava hücumundan müdafiəsi üçün ciddi təhlükə yaradır.

 Tehran,

Sitat.info 

 



Xəbər xətti