Rusiyanın gecə saatlarında Ukraynanın paytaxtı Kiyevə endirdiyi raket və pilotsuz uçuş aparatları hücumu nəticəsində azı 14 nəfər ölüb, 27 nəfər yaralanıb.
Sitat.info Reuters-ə istinadən xəbər verir ki, şəhərin müxtəlif rayonlarında anbarlar və digər tikililər zədələnib, dağıntılar altında insanların qala biləcəyi bildirilir. Hücum zamanı ammonyak sızması da qeydə alınıb və yanğınlar baş verib.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya gecə ərzində 4 "Zirkon", 24 "İsgəndər-M" raketi və 115 pilotsuz aparat buraxıb. Ukrayna HHM 98 dronu zərərsizləşdirsə də, raketlərin qarşısını ala bilməyib.
Rusiya Müdafiə Nazirliyi isə Kiyev və ətrafındakı hərbi təyinatlı logistika və təchizat mərkəzlərinə zərbələr endirdiyini açıqlayıb.
Tehran,
Sitat.info