"Hörmüz" və "Bab əl-Məndəb" boğazlarında gəmi hərəkəti çərşənbə axşamı əvvəlki günlə müqayisədə demək olar ki, dəyişməyib.
Sitat.info xəbər verir ki, "Kpler" şirkətinin məlumatına görə, Hörmüz boğazından cəmi 8 gəmi – 5 neft tankeri və 3 yük gəmisi keçib. Onlardan 6-sı boğaza daxil olub, 2-si isə boğazı tərk edib. Halbuki ABŞ-İsrail və İran arasında müharibə başlamazdan əvvəl bu marşrutdan gündə orta hesabla 130-140 gəmi keçirdi.
Bab əl-Məndəb boğazında isə gün ərzində 20 gəmi hərəkət edib. Onların 10-u boğaza daxil olub, 10-u isə çıxıb. Bu göstərici də əvvəlki günlə eyni olub.
Məlumata görə, iyulun 20-də İranın dəstəklədiyi husilər Qırmızı dənizdə Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan etdikdən və neft tankerlərinə hücumlara başladıqdan sonra Bab əl-Məndəb boğazında da gəmi hərəkəti xeyli azalıb. Bundan əvvəl həmin marşrutdan gündə orta hesabla 41 gəmi keçirdi.
Aytac,
Sitat.info