Yeni Zelandiya yaxınlığında 6,3 bal gücündə zəlzələ baş verib

16:05 5 Avqust 2026

Yeni Zelandiya yaxınlığındakı Kermadek adaları açığında 6,3 bal gücündə zəlzələ qeydə alınıb.

Sitat.info xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, yeraltı təkanlar 226,1 kilometr dərinlikdə baş verib.

İlkin məlumata əsasən, zəlzələ nəticəsində ölən və ya xəsarət alan olmayıb, həmçinin dağıntı qeydə alınmayıb. Rəsmilər sunami təhlükəsi elan edilmədiyini bildiriblər.

Qeyd edək ki, Yeni Zelandiya Sakit okeandakı "Alov halqası" (Ring of Fire) adlanan seysmik qurşağın üzərində yerləşir və bu bölgə dünyanın ən aktiv zəlzələ zonalarından biri hesab olunur.



Xəbər xətti