Sosial media fenomeni canlı yayım zamanı güllələnərək öldürülüb

09:30 6 Avqust 2026

Meksikada tanınmış sosial media fenomeni Sezar Qastelum canlı yayım zamanı silahlı hücum nəticəsində ölüb.

Sitat.info xəbər verir ki, Hadisə Sinaloa ştatının Kuliakan şəhərində fast-food restoranının qarşısında baş verib. Bildirilir ki, motosikletlə gələn silahlı şəxs Qasteluma yaxın məsafədən atəş açıb. Hadisədən sonra bölgədə genişmiqyaslı təhlükəsizlik əməliyyatı başladılıb. Meksika hökuməti cinayətin araşdırıldığını və şübhəlilərin müəyyənləşdirilməsi üçün kamera görüntülərinin yoxlanıldığını açıqlayıb.

Yerli KİV-in məlumatına görə, Sinaloa kartelinin qrupları arasında davam edən qarşıdurmalar fonunda son iki ildə Kuliakanda azı 12 sosial media məzmun istehsalçısı öldürülüb.

Nigar,

Sitat.info



Xəbər xətti