SpaceX raketinin hissəsi Aya çırpılıb

09:41 6 Avqust 2026

Təxminən bir ildir orbitdə nəzarətsiz hərəkət edən SpaceX Falcon 9 raketinin ikinci hissəsi Ay səthinə çırpılıb.

Sitat.info xəbər verir ki, toqquşma birbaşa müşahidə olunmasa da, Çilidə yerləşən teleskop yaranan toz və dağıntı buludunu qeydə alıb. Mütəxəssislər bunun qaçılmaz olduğunu bildiriblər.

SpaceX hadisənin qəsdən baş vermədiyini, raketin Günəş aktivliyi və cazibə qüvvəsinin təsiri ilə Ay istiqamətinə yönəldiyini açıqlayıb. Alimlərin fikrincə, raket Ayın Eynşteyn krateri yaxınlığında boş əraziyə düşüb.

Hadisə ABŞ və Çinin Ay proqramları fonunda kosmik tullantılarla bağlı narahatlıqları yenidən gündəmə gətirib.

Səid,

Sitat.info



Xəbər xətti