1 milyon avroluq uduş bileti zibildən tapıldı

09:53 6 Avqust 2026

İtaliyada bir nəfər 1 milyon avro qazandığı lotereya biletini səhvən zibilə atıb.

Sitat.info xəbər verir ki, o, bileti yoxlatdırdıqdan sonra uduş olmadığını düşünərək ondan imtina edib.

Sonradan yaxınlarının xəbərdarlığı ilə səhv etdiyini anlayaraq tullantı şirkətinə müraciət edib. Zibil maşını vaxtında saxlanılıb və iki gün davam edən axtarışdan sonra bilet tapılıb.

Bildirilib ki, sistemdə yaranan anlaşılmazlıq səbəbindən bilet yanlışlıqla uduşsuz kimi qiymətləndirilib. Beləliklə, şanslı şəxs 1 milyon avroluq mükafatını geri ala bilib.

Səid,

Sitat.info



Xəbər xətti