ABŞ Prezidenti Donald Tramp ölkənin raket və sursat ehtiyatlarının azaldığı barədə mediada yayılan xəbərləri təkzib edib.
Sitat.info-nun xarici mediaya istinadən xəbərinə görə, o bildirib ki, ABŞ-ın xüsusilə bəzi növ sursatlardan çox böyük ehtiyatı var.
Tramp əlavə edib ki, ehtiyac yarandıqca ölkəyə böyük həcmdə silah və sursat çatdırılır. Onun sözlərinə görə, müdafiə şirkətləri ABŞ tarixində ən çox sayda yeni zavod və istehsal müəssisəsi tikirlər.
Tramp mediaya məlumat sızdıran şəxsləri də sərt tənqid edib. O, bu məlumatları "xəyanət xarakterli" adlandıraraq, sızdıranların axtarıldığını və onların uzunmüddətli həbs cəzası ilə üzləşəcəyini bildirib.
Tehran,
Sitat.info