ABŞ etiraf etdi: Ukraynan Rusiyanın dərinliklərini vurmasına kömək etmişik

13:38 6 Avqust 2026

ABŞ və Ukrayna arasında kəşfiyyat məlumatlarının mübadiləsi əvvəlki yüksək səviyyəsinə qayıdıb.

Sitat.info xəbər verir ki, senator Mark Uorner "Politico"ya verdiyi müsahibədə bu barədə bildirib. 

O, əlavə edib ki, kəşfiyyat məlumatlarının mübadiləsi sazişində irəliləyiş əlamətləri görür və bunun Kiyevin Moskva ilə müharibədə üstünlük qazanmasına kömək etdiyinə inanır.

"Təfərrüatlara varmaq istəmirəm, amma vəziyyət yaxşılaşıb", - deyə o qeyd edib. Uorner əlavə edib ki, Ukraynanın dronlardan və uzaqmənzilli raketlərdən istifadəsi ona Rusiya ərazisinin dərinliklərinə zərbələr endirməyə və mövqelərini gücləndirməyə imkan verib.

Tehran,

Sitat.info

 



Xəbər xətti