Ukrayna Rusiyanın Yaroslavl neft emalı zavodunu vurdu

13:48 6 Avqust 2026

Rusiyanın Yaroslavl vilayətində yerləşən böyük neft emalı zavodunda Ukraynanın pilotsuz uçuş aparatlarının (PUA) hücumundan sonra yanğın baş verib.

Sitat.info xəbər verir ki, bu barədə vilayət qubernatoru Mixail Yevrayev məlumat verib.

Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri 93 PUA-nı vurub. Dron qalıqlarının yanacaq anbarlarına düşməsi nəticəsində yanğın başlayıb. Hadisə zamanı 4 nəfər qəlpə xəsarəti alıb, ölən olmayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski isə ordunun Yaroslavl vilayətindəki Slavneft-Yanos və Başqırdıstandakı Başneft-Novoil neft emalı zavodlarına zərbələr endirdiyini açıqlayıb.

Rusiya rəsmiləri Başqırdıstandakı hücumla bağlı hələlik açıqlama verməyiblər.

Nigar,

Sitat.info



Xəbər xətti