Rusiyanın Ukraynanın müxtəlif bölgələrinə endirdiyi gecə hücumları nəticəsində azı 6 nəfər həlak olub, 37 nəfər yaralanıb.
Sitat.info xəbər verir ki, rəsmilərin məlumatına görə, Xarkov vilayətinin Balakliya şəhərində yaşayış evlərinə zərbələr nəticəsində 3 nəfər ölüb.
Sumı vilayətindəki hücumlarda daha 3 nəfər həyatını itirib, azı 19 nəfər yaralanıb. Sumı şəhərinin özündə idarəolunan aviasiya bombaları ilə endirilən zərbələr zamanı isə daha 12 nəfər xəsarət alıb.
Xerson vilayətində pilotsuz uçuş aparatının mikroavtobusa hücumu nəticəsində 6 nəfər yaralanıb.
Rusiya və Ukrayna müharibə zamanı mülki şəxsləri hədəf aldıqları barədə ittihamları rədd edirlər.
Nigar,
Sitat.info