Taylandda məktəbə silahlı hücum: 7 nəfər öldü, 15 nəfər yaralandı

11:20 7 Avqust 2026

Taylandın Nonthaburi əyalətində yerləşən məktəbdə silahlı hücum baş verib.

Sitat.info xəbər verir ki, hadisə nəticəsində 7 nəfər həyatını itirib, 15 nəfər yaralanıb.

Polisin məlumatına görə, hücumu törədən şəxs məktəbin 14 yaşlı şagirdi olub və o, hadisə yerində ölü tapılıb. Hücumdan sonra müəllimlər şagirdləri və məktəb əməkdaşlarını təhlükəsiz əraziyə təxliyə ediblər.

Hüquq-mühafizə orqanları hücumçunun çantasında çoxlu sayda döyüş sursatı aşkar edildiyini bildirib. Hazırda məktəb və ətraf ərazidə təhlükəsizlik tam təmin olunub, hadisə ilə bağlı araşdırma davam edir.

Aytac,

Sitat.info 



Xəbər xətti