ABŞ-də "doğum turizmi"nə qadağa: Tramp fərman imzaladı

11:53 7 Avqust 2026

ABŞ Prezidenti Donald Trump doğumla vətəndaşlıq hüququna qoyulan məhdudiyyətləri daha da genişləndirən iki fərman imzalayıb.

Sitat.info xəbər verir ki, Tramp Ağ Evdəki Oval kabinetdə keçirilən imza mərasimində doğumla ABŞ vətəndaşlığı əldə edə bilməyən şəxslərin kateqoriyasını genişləndirən fərmanı təsdiqləyib.

O, həmçinin uşaqlarının ABŞ vətəndaşlığı alması məqsədilə müvəqqəti viza ilə ölkəyə gələnləri əhatə edən "doğum turizmi"ni qadağan edən daha bir fərman imzalayıb.

Tramp imzadan əvvəl bildirib: "Bu qayda kölələrin uşaqları üçün nəzərdə tutulmuşdu. İndi isə insanlar bundan biznes qurmaq üçün istifadə edirlər. Məqsəd bu deyildi". 

ABŞ Ali Məhkəməsinin doğumla vətəndaşlıq hüququ ilə bağlı son qərarlarını "uğursuz" adlandıran Tramp, "Bu çox ədalətsizdir. Buna görə də yeni tənzimləmələr tətbiq edirik", - deyə vurğulayıb.

Aytac,

Sitat.info

 



Xəbər xətti