Qarabağdakı yeni hərbi hissələrdən separatçılara tuşlanan "cəhənnəm silahı"

19:56 9 Fevral 2022

Müdafiə naziri Zakir Həsənov işğaldan azad edilmiş ərazilərdə yeni hərbi hissənin açılışında iştirak edib.

Yayılan fotolardan görmək mümkündür ki, bura, raket-artilleriya briqadasıdır.

İşğaldan azad edilmiş ərazilərdəki yeni hərbi hissələr Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan torpaqlarında qalan erməni separatçıların başına zərbə endirmək üçün yaxın pəncərədir.

Komando hərbi hissələri, Dövlət Sərhəd Xidmətinin hərbi hissələri, bura cəmlənən texnikalar, silahlı və silahsız uçuş aparatları və sair Ermənistana 10 noyabr bəyanatnın şərtlərini yerinə yetirməkdən başqa çıxış yolu qoymur.

Zakir Həsənovun fotosunun arxa fonunda ağır odsaçan artilleriya – “TOS-1A” görünür.

Bu silah Rusiya istehsalıdır, “cəhənnəm silahı” kimi tanınır. Mərmisinin düşdüyü ərazi necə deyərlər, külə dönür.

Bu silah 2016-cı ilin aprel döyüşlərində Ermənistanın başınan ələnən oda çevrilmişdi.

İkinci Qarabağ Müharibəsində də istifadə edilib, atış məsafəsi elə uzaq olmasa da, çox effektiv silahdır.

Aqşin Kərimov



Xəbər xətti