Şimali Kore Rusiyaya 50 min hərbçi göndərir

11:25 10 Avqust 2026

Ukrayna Prezidenti Volodimir Zelenski Şimali Koreyanın Rusiyaya göndərdiyi hərbçilərin sayının 50 minə çatacağını bildirib. O, Cənubi Koreyadan Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi üçün dəstək istəyib.

Sitat.info xəbər verir ki, Zelenski Şimali Koreya əsgərlərinin müasir müharibə təcrübəsi qazanacağını, əvəzində Rusiyadan hərbi texnologiyalar əldə edəcəyini deyib.

Ukrayna kəşfiyyatı Şimali Koreyaya məxsus raket bölməsinin Rusiyanın qərbinə göndərilməyə başladığını açıqlayıb. Bölmənin 120 ballistik raket və 6 buraxılış qurğusu ilə təchiz oluna biləcəyi bildirilir.

Məlumata görə, Pxenyan daha əvvəl Rusiyanın Kursk bölgəsinə təxminən 14 min hərbçi göndərib və bu qüvvələr ciddi itkilər verib. Şimali Koreyanın Rusiyaya milyonlarla sursat, raket və reaktiv yaylım atəşi sistemləri də verdiyi bildirilir.

Bu arada Rusiya-Ukrayna müharibəsində qarşılıqlı hücumlar davam edir. Ukraynanın Xarkiv və Odessa şəhərləri, Rusiyanın isə Belqorod və Novorossiysk bölgələri hücumlara məruz qalıb. Ukraynaya aid olduğu ehtimal edilən dronun Bolqarıstan ərazisində partlaması da regionda narahatlıq yaradıb.

 Şimali Koreyanın Rusiyaya əlavə hərbi qüvvə və raket dəstəyi verməsi müharibənin miqyasının genişlənməsi riskini artırır. Bu əməkdaşlıq Pxenyanın real döyüş təcrübəsi və Moskvanın əlavə canlı qüvvə əldə etməsi baxımından hər iki tərəf üçün strateji əhəmiyyət daşıyır.

Nigar,

Sitat.info

 



Xəbər xətti