Yaxın Şərq regionunun xarici güclərə ehtiyacı yoxdur.
Sitat.info xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqayi bildirib.
"ABŞ-ın regionda təhlükəsizliyi təmin edən tərəf kimi görülməməlidir. Əksinə, ABŞ Yaxın Şərqdə təhlükəsizliyin pozulmasının əsas səbəblərindən biridir"- deyə İran rəsmisi əlavə edib.
İran XİN sözçüsü Vaşinqtonun İsrailə siyasi və təhlükəsizlik sahəsində dəstək verdiyini, bunun da İsrailə hərbi əməliyyatlar aparmaq imkanı yaratdığını iddia edib.
Baqayi bildirib ki, ABŞ-ın dəstəyi olmadan İsrailin regionda həyata keçirdiyi əməliyyatları davam etdirməsi mümkün olmazdı.
Səid,
Sitat.info