Sumqayıtda 5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı

12:25 10 Avqust 2026

Sumqayıtda eyvandan yıxılan 10 yaşlı uşaq sağ qalıb.

Sitat.info xəbər verir ki, hadisə şəhərin 2-ci mikrorayon ərazisində yerləşən doqquzmərtəbəli yaşayış binalarından birində baş verib.

2016-cı il təvəllüdlü Tunar Mahmud oğlu Yəhyayev ehtiyatsızlıq nəticəsində yaşadığı mənzilin 5-ci mərtəbəsinin eyvanından yıxılıb.

Uşaq aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. /Report



Xəbər xətti