Rusiya ordusu Ukraynanın Zaporojye şəhərinə idarəolunan aviasiya bombası ilə zərbə endirib, nəticədə biri uşaq olmaqla 18 nəfər xəsarət alıb.
Bu barədə “RBC-Ukrayna” Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri İvan Fedorova istinadən məlumat yayıb.
Məlumata görə, zərbə nəticəsində avtomobillər yanıb, fərdi yaşayış evinə ziyan dəyib.