Bəzi hallarda işçilərin işə getmədən əməkhaqqı almaq hüququ var.
Milli.Az xəbər verir ki, Əmək Məcəlləsinin 230-cu maddəsinə əsasən, işçilərin təqsiri olmadan müəssisələrdə və ya bilavasitə iş yerlərində əməyin mühafizəsi qaydalarının pozulması səbəbindən iş dayandırıldığı müddətdə onların iş yeri, vəzifəsi (peşəsi) və orta əmək haqqı saxlanılır.
İşəgötürən tərəfindən təhlükəsiz əmək şəraiti təmin edilmədikdə və bunun nəticəsində işçinin sağlamlığı və ya həyatı üçün təhlükə yarandıqda, işçi əmək funksiyasının icrasından imtina edə bilər.
Bu halda işçi hər hansı məsuliyyət daşımır. Yaranan əmək mübahisəsi isə qanunvericiliklə müəyyən edilmiş qaydada həll edilir.