30 yaşlı kişi dənizdə batdı

09:10 11 Avqust 2026

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində, ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin meyiti aşkarlanıb.

“Sitat.info” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

 

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Dalğıclar tərəfindən 1996-cı il təvəllüdlü Allahverdiyev Seymur Sadiq oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

 



Xəbər xətti