Ukrayna Silahlı Qüvvələri Rusiyanın Voronej vilayətində yerləşən "Wildberries" şirkətinə məxsus anbar kompleksinə zərbə endirib.
Sitat.info xəbər verir ki, şirkətdən verilən məlumata görə, hadisə ilə əlaqədar əməkdaşlar təxliyə edilib və dörd obyektdə iş vaxtaşırı olaraq dayandırılıb.
Vilayət qubernatoru Aleksandr Qusevin bildirdiyinə görə, Novousmanski rayonunda baş verən hücumdan sonra təxminən 16 min və 20 min kvadratmetr sahəni əhatə edən iki böyük yanğın ocağı yaranıb.
Hücum nəticəsində bir kişi həyatını itirib, daha iki nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Xatırladaq ki, ümumi sahəsi 156 min kvadratmetr olan və keçən ilin noyabr ayında istifadəyə verilən bu "Wildberries" anbarı iyul ayının sonlarında da Ukrayna Silahlı Qüvvələrinin hücumuna məruz qalıb.