ABŞ Prezidenti Donald Trampa qarşı İrandan gələn qətl təhdidi ötən ay Türkiyədən gizli şəkildə çıxarılması ilə nəticələnib.
Sitat.info xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb.
Qəzetin yazdığına görə, Tramp NATO sammitini tərk edərkən Ağ Ev onun “Air Force One” prezident təyyarəsində olduğunu açıqlayıb. Lakin əslində prezident Türkiyədən daha kiçik C-32A hərbi təyyarəsi ilə gizli şəkildə uçub. “Air Force One” isə diqqəti yayındırmaq üçün “aldadıcı” təyyarə kimi istifadə olunub.
Tramp Ankaraya Qətərin təqdim etdiyi yeni təmir olunmuş təyyarə ilə gəlsə də, Türkiyədən çıxarkən daha köhnə “Air Force One”dan istifadə etməsi təhlükəsizliklə bağlı suallar yaradıb.
Trampla birlikdə “Air Force One”da olduqlarını düşünən jurnalistlərə uçuş zamanı mətbuat bölməsinin pərdələrini bağlı saxlamaq tapşırılıb. Daha sonra Tramp bunun səbəbini onların “ehtimal ki, təhlükəli uçuşda” olması ilə izah edib.
Trampın olduğu C-32A Böyük Britaniyaya daha əvvəl çatıb. Köhnə “Air Force One” və jurnalistlər isə bir neçə dəqiqə sonra gəliblər. Prezidentin daha sonra digər təyyarəyə necə keçirildiyi açıqlanmayıb.
Aytac,
Sitat.info