Dünən ABŞ prezidenti Donald Tramp Hörmüz boğazının minalardan tamamilə təmizləndiyini və Amerikanın boğaza 100 faiz nəzarət etdiyini bildirib.
Sitat.info xəbər verir ki, Trampın sözlərinə görə, Hörmüz boğazı İran limanlarına gedən gəmilər istisna olmaqla, bütün gəmilər üçün açıqdır.
ABŞ prezidenti İranın boğaza minalar yerləşdirməyə davam etdiyini, ancaq Amerika qüvvələrinin həmin minaları aşkarladığını və zərərsizləşdirdiyini deyib.
Tramp əlavə edib ki, Vaşinqton boğaza tam nəzarəti təmin edib.
Səid,
Sitat.info